Hay-həşirlə qanuna qəlib gəlmək mümkün deyil

- Son Xəbər / Ölkə / Cəmiyyət
355
0

         Bakının Binəqədi rayonunda, “Atatürk” prospektində tikilmiş “Xudafərin” MMC-yə aid bina ilə bağlı iş adamı Abdulla Abullayevin adı hallandırılaraq son günlər bəzi internet saytlarında məlumatlar yayılmışdır.
Bununla bağlı A. Abdullayevlə əlaqə saxlayaraq mövqeyi öyrənildi və onun dediklərini təqdim edirik.



İş adamı deyir ki, “Xudafərin”MMC nəzarətində olan şirkətlərdən biridir və
son zamanlar burada qərəzli olaraq bir qrup şəxs təxribat və təhdid məqsədilə  sakinlərdən istifadə edərək səs-küy salır, məqsəd də öz maraqlarını təmin etməkdir.
Xalqımız müdrik xalqdır, amma nədənsə son zamanlar insanlar əcdadımızdan bizə miras qalan müdrik sözlərin dəyərini təəssüf ki, dərk etmir: “Qurdlar yatanda çaqqallar oyanar”, “yetimə deyərlər kimi söyərsən – deyər çörək verəni”, “İtə deyirlər niyə hürürsən, deyər qorxuduram, deyərlər quyruğun niyə əsir, deyər özüm də qorxuram axı”, “ağ qaranı basınca, qara ağı basar”, “cahil üzə durar, kamil səbr edər, haqq yerini tapar” kimi və s. Bu millətin mənəvi zənginliyi gör nədir ki, söylədiyi sözlər minilliklər keçir, söylədiyi sözlərin  mənası dəyişmir. Odur ki, bizim kimi adamlar, əcdadımza, mıza, müdriklərimizə hörmət qoyarıq”.
         Həmin binaya gəlincə isə, əgər bu binanın başa gəlməsilə bağlı ekspertiza keçirilsə, məlum olar ki, o binaya nə qədər vəsait xərclənilib, nə qədər satış olub: “Ən azından satışın 2 qatı qədər oraya pul xərcləmişəm. O bina 10,5 ballıq seysmik şkalaya uyğun davamlılıq keyfiyyətində tikilib,dünyanın heç bir yerində bu bal şkalasına uyğun bina tikilməyib. O binanı qazanc məqsədilə tikməmişəm. Binanı bankımın aktivliyi üçün tikmişdim. Ona görə də bu bina nə əvvəldə, nə də bu gün maraq dairəmdə olmayıb”.
A.Abdullayev bildirir ki, həbsxanada olduğu vaxt bir qrup sakin vəsait toplayaraq binada son tamamlama işlərini həyata keçirilmək üçün fəaliyyət göstərmək istədiklərini təklif etdikdə etiraz etməyib: “Həbsdən çıxandan sonra oranın idarə olunması, qanuni şəkildə fəaliyyət göstərməsi üçün şirkət qurulmasını və “Xudafərin”in idarəetməsini həmin şirkətə, yəni sakinlərin yaratdığı “Xudafərin-A” şirkətinə verilməsinə razı oldum.
A.Abduallayev deyir ki, aramızda razılaşma oldu ki, sakinlərdən kommunal xərclər toplanan zaman yalnız sakinlərin istifadə etdiyi vəsaiti ala bilərsiniz(işığın,suyun,qazın pulun göstərici nə qədər yazıb o həcmdə) əlavə vəsait toplanmamalıdır, idarəetməni həyata keçirən zaman belə hallar baş verərsə, “Xudafərin” MMC bunun qarşısını alacaq.
“O binada vicdanlı adam həddindən artıq coxdur, bu danışqlarımızı da həmin adamlar təsdiq edə bilərlər. Əgər o bina mənə lazım olsaydı, mən öz maraqlarım üçün nə idarəetməni kiməsəyə verər, nə də kommunal xidmətlərində güzəşt edərdim. Həmin idarəedici şirkətdə şəxslərin bəziləri  ziyalılardan təşkil olunmuşdu. Amma təəssüf olsun ki, bu şəxslər yəni, Elman Abbasov və Müşviq Nəcəfov o şəxsləri təhqir və təhdid edərərk, oradan uzaqlaşdırmışdırlar. Və sonradan bir qrup şəxsləri toplayaraq Prezident seçkiləri qabağı mitinqlər keçirərək, təhdidlər edərək səs-küy salırdılar.
A.Abdullayev deyir ki, dövlətçilik naminə, təxribatlardan sui-istifadə  olmasın deyə,  onların qeyri-qanuni əməllərinə göz yumub: “Çünki bilirdik ki, bunların əməlləri qeyri-qanunidir, yəni zorla zəbtetmədir, qeyri-qanuni sahibkarlıq fəaliyyətidir, vergidən yayınmadır, özgə əmlakını mənimsəmədir, sui-istifadədir.Hüquqşünaslar daha yaxşı bilir ki, bu əməllərin cəzası nədir. Amma dediyim kimi, bina mənim marağımda olmadığı üçün, heç vaxt əhəmiyyət vermədim. Bu son iki il ərzində onların şikayət etmədiyi qurum qalmadı. Eyni zamanda Elman Abbasov tərəfindən 4 ədəd surət sənədilə orada məlum şəxslərə aldatma yolu ilə ev satdığı üçün. Bu gün də korrupsiyaya qarşı mübarizə idarəsində həmin şəxsin barəsində cinayət işi gedir. Buna baxmayaraq  bütün qurumlara müraciət edərək, bina sakini olmaya-olmaya binanın onun mülkiyyətinə verilməsini tələb edir və orada törətdiyi əməlləri ört basdır etmək üçün daima sakinlərdən istifadə edərək təxribatlar törədir və onların arxasında gizlənir.
Bu gün orada yaşayan şəxslərin sadəliyindən istifadə edərək, bəzi adamların adını hallandırır (o binada hamı bilir ki, kimin adı hallandırılır), ona görə də bəzi adamlar onların arxasınca gedir, bir çoxları da artıq onların əməllərindən yorulublar.
Amma orada bu şəxslərin təzyiqlərinə məruz qalmamaq üçün, onların dediklərini edirlər: “Bunlardan qabaq, eyni əməli, bir şəxs də edərək aldatma yolu ilə yaranmış vəziyyətdən sui-istifadə edərək həm şirkəti, həmdə vətəndaşları  maraqlarına qurban verib: “Bu gün həmin adam haqqında da Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi gedir. Bu şəxslər Azərbaycana barbar bir ölkə kimi baxırlar. Düşünürlər ki, qanunsuz hər iş görə bilərlər və heç kəs də bunların əməllərinə hüququi qiymət verməz. Onlar oradaki sakinlərin sadəliyindən istifadə edib, səs-küy salmaqla əməllərini onların arxasında gizlətmək istəyir. Amma azərbaycan hüquqi dövlətdir, qanunları dünyəvidir və Azərbaycanda mülkiyyət hüququ əsas prioritet hal sayılır. Onlar “Xudafərin” MMC-yə adi sahələri başqalarına sataraq mənimsəyirlər. Eyni zamanda mülkiyyətimizdən istifadə etmək istədikdə camaatı üzərimizə qaldırırlar”.
         A.Abdullayev deyir ki, bu şəxslər binada təmir-tikinti işləri apardıqlarını deyirlər: “Olsun. Ekspertiza dəvət edilər,  binada yoxlama işləri aparılar və məlum olar ki, binada onlar tərəfindən sakinlərdən toplanılan pullar haralara xərclənib”.
         Binada “Xidafərin” MMC tərəfindən, bütün təsərrüfat sahələri tamamlanmış vəziyyətdə olub, sadəcə qoşulma mərhələsini onlar həyata keçirib.
         Deyirlər ki, A. Abdullayev 15 ildən sonra gəlib binanı bizim əlimizdən almaq istəyir.Məgər oranı onlara vermişdik ki 15 il sonra onlardan geri istəyək və yaxud o şirkətin sahibləridirlərki biz gərək onlardan 15 il sora geri istəyək və yaxud sizinlə hər hansı bir müqavilə bağlamışdıq ki pozaq. “Azərbaycan dünyəvi və hüquqi dövlətdir. Qanunun aliliyi prinşipi var. Hüquqi və fiziki şəxslərin mülkiyyəti toxuniulmazdır və dövlətin prioritet məsələsidir.Ən azı bu insanlar nəzərə almalıdırlar ki, son üç ildə cənab Prezident İlham Əliyevin şiyasi iradəsilə mülkiyyət hüquqlarının toxunulmazlığı, sahibkarlığıın inkişafı ilə bağlı bır sıra qanun və fərmanlar qəbul edilib. Onda belə çıxır ki, bu insanlar özlərini qanundan üstün bilirlər?. Belə düşüncələrin özü artıq dövlətçilik prinsipinə yaddır. Biz isə daim dövlətçiliyin, qanun və ədalətin, bunları təmin edən dövlətimizə və Prezidentimizə güvənmişik.  Buna görə də, sizlərin bütün əməllərinə göz yummuşuq”.
A.Abdullayev deyib ki, hazırda adı çəkilən pozuntularla bağlı məhkəmələrə
müraciət ediblər və bu məsələlər məhkəmə araşdırmasının predmetidir. “Bu adamlar da bilirlər ki, biz məhkəmə perspektivinə hazırlaşırıq.Buna səbəb məhs bu adamların özləri olub çünki bu 2 il ərzində öz maraqları üçün yalnız təxribatlar bütün orqanlara müraciət eyni zamanda təhdidlər ki nəticədə biz bunların qabağını almaq üçün hüquqi addımlar atdıq və hər kəsə orada sakinlərə deyiblər ki bu yeri onun əlindən alıb verəcəklər bizə.Təəsüf hissi ilə qeyd edirəm ki əgər bu ölkədə çox rahatçılıqla hüquqi və fiziki şəxslərin əlindən mülkiyyəti qeyri qanuni yolla alıb kiməsə vermək olsa idi onda bu ölkədə mülkiyyət huqqu adında qanunu qanun vericilikdən çıxardardılar.Bu cür düşüncə yalnız cahillərə, dələduzlara aiddir.Ona görə də  “qara məni basmamış mən qaranı basım” prinsipilə hərəkət etmək istəyirlər. Amma haray-həşirlə ədalətə, qanuna qalib gəlmək mümkün deyil”.
          A.Abdullayev deyir ki, orada da bəziləri Prezidentin yanında olduqlarını iddia edirlər, əgər belədirsə o zaman, 2018-ci ilin prezdent seçkiləri öncəsi mitinq keçirmələrini, yolları bağlamalarını, səs-küy salmalarını nə ilə izah edirlər?. Öz maraqlarını təmin etmək üçünmü, yoxsa Prezidentin yanında olmaq üçünmü. Əgər onlar haqlıdırsa, qanun öz sözünü deyəcək”.
         A.Abdullayev vurğulayır ki, artıq bu adamlar böhtana əl atırlar: “İndi də söz yayırlar ki, guya bina sakinlərinin  mülkiyyətini əllərindən almaq istəyirik: “Buradan bəyan edirəm. Həmin binada qanuni mükliyyət sahibi olan şəxslərin mülklərinə heç kim toxuna bilməz. Amma “Xudafərin” şirkətinə aid mülkləri kimlərsə qanunsuz mənimsəmək və ya özününküləşdimək istəyirsə buna görə qanun qarşısında cavab verəcəklər. Mən həm də həmin binada mülk sahibləri olanlara müraciət edirəm ki, bəzi şəxslərin təxribatçı əməllərinə uymasınlar, qanunun əleyhinə getməsinlər. Sabah rəsmi qurumlarla bağlı münasibətlərdə, sənədləşmə məsələsində yalnız “Xudafərin” şirkəti tərəf olacaq, çünki bina onun mülkiyyətidir. O binada insanlar var ki, tələblərində haqlıdırlar və onları haqlı hesab edirəm. Amma adamlar var ki, onların haqqı yoxdur”.
         .Abdullayev vurğulayır ki, məlumatı yayn saytlardakı videolarda çıxış edən bir şəxs var- Müşviq Nəcəfov: “Bu şəxsin qohumları məndən acizanə xahiş edərək bu adama köməklik göstərməyim üçün dəfələrlə müraciət etdilər.Yəqin qohumları da bu cümləni oxuyacaq və dediyimi təsdiqləyəcəklər. Mən də tapşırıq verdim ki, kömək edin. Amma “Xudafərin” şirkətinin rəhbərliyi mənə dedi ki, bunun pulu azdır, ucuz qiymətə istəyir, hissə-hissə ödəniilməsini xahiş edir. Mən də dedim ki, o necə istəyir elə də kömək edin. Onun haqqı var, indi bizim üstümüzə belə şər-böhtanla  üzümüzə durur?.
         Oradakı şikayətçilərə gəlincə isə narazılığı olan hər kəsi dinləməyə hazıram.Bu cür məsələlər qanuna zidd zorakılıqla həll olunmaz.Onların əməllərinə uymayın və onların əməllərinin iştirakçısı olmayın.


Mənbə: Detektiv Lyuks