9 avqust 2019-cu il tarixdə Bakıda “Dünya Azərbaycanlıların Platform”un təsis iclası keçirilmişdir.VİDEO..

- Son Xəbər / Ölkə / Dünya / Cəmiyyət
430
0



9 avqust 2019-cu il tarixdə Bakıda “Dünya  Azərbaycanlıların Platform”un təsis iclası keçirilmişdir.

İclası Arzuman Muradlı İqtisad Elmləri üzrə Fəlsefə Doktoru YAP Sebail Rayon Təşkilatı üzrə Sədr müavini, Azərbaycan Respublikasının himni ilə açıq elan edilmişdir.  

  İclasın sədri  Dünya Azərbaycanlıların Konqresin vitse prezidenti Xəzər Emin gündəlik məsələləri iclas iştirakçılarının nəzərinə çatdıraraq Dünya Azərbaycanlıları Platformuna uğurlar arzulayaraq  sözü “Dünya Azərbaycanlıları Platformun” sədri Mehriban xanım Paşayevaya vermişdir.



Mehriban xanım Paşayeva öz çıxışında,Azərbaycanda "diaspor" və bu gün yeni yaratmaq istədiyimiz “ Dünya Azərbaycanlıların Platformu” ictimai birlik  anlayışı haqqında ilkin təsəvvürlər indi yaranmağa başlasa da, qeyd etmək lazımdır ki, həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində məskunlaşması prosesi hələ bir neçə əsr əvvəl başlanmışdı. Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha çox bağlılığı üzündən Vətəni tərk edib qürbətdə yaşamları onlar üçün mənəvi baxımdan ağır olmuşdur. Təsadüfü deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatında "Vətən - qürbət" mövzusu mühüm yer tutmuşdur. Bu mənəvi amilin özü də “Dünya Azərbacanlıların Platformu”-un  yaranmasının kifayət qədər qədim tarixə malik olduğunu təsdiqləyir.
Bu gün "Dünya Azərbaycanlıların Platformu" və diaspora dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışının təfsiri "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, "xaricdə yaşayan azərbaycanlılar" anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir. Gələcəkdədə düşünürəm ki, bizim yaratdığımız “Dünya Azərbaycanlıların Platformu” davamlı və əbədi olaraq öz fəaliyyətlərində Azərbaycan Respublikasını dünyanın hər bir nöqtəsində təmsil edər, xalqımızın adət ənənələrini, milli mənəvi mentalitetimizin yüksək olduğunu, vətən pərvər olmağımızı sübut edərək  Azərbaycana düşmən olmaq istəyən qüvvələri məhf etmək iktidarında olmasını sübut edəcək.



Daha sonra söz Xalq Artistimiz Nazpəri Dostəliyevaya verilmişdir.
Tədbirdə iştirak edən qonaqlar Abbasova Ulviyyə Vaqif qızı. Baki Slavyan Universiteti Avropa dilləri kafedrasinin baş müəllimi filologiya uzrə fəlsəfə doktoru, Məmmədova Aygun Tofig gizi Dövlət idarələri ictimai xidmət işçiləri Nəsimi Rayon komitəsinin  sədri
“EESMN”. MƏZUN EVI SOSIAL Müəssisəsinin Direktoru və
Elmira xanım Meheddini Ümumdünya Sülh Federasiyası Beynəlxalq Humanistika institutunun sədri Mehriban xanım Paşayevaya və “Dünya Azərbaycanlılarının Platformuna”,uğurlar  və davamlı fəaliyyətlər arzulamışlar.
Tədbirin sonunda“Dünya Azərbaycanlılarının Platformu”-nun sədri  Mehriban xanım Paşayeva şəhid ailələrinə Qurban bayramı münasibəti ilə Qurban payları paylamışdır.









Mənbə: Detektiv Lyuks