Rusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilmişdir.

                       

       

   Rusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilmişdir Bakıda keçirilmiş dəirmi masası.
21.07.2019-cu il tarixdə Rusiya Azərbaycanlıları Platformun Bakıda tanıtım tədbiri keçirilmişdir.
  Tədbirdən öncə,Rusiya Azərbaycanlıları Platformun rəhbəri Ceyhun Əliyev, “DETEKTİV Lyuks” redaksiya heyyəti və digər qonaqlar ŞƏHİDLƏR XİYABANINI, sonra isə Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin  və Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər.
Tədbir dəyirmi masa ətrafına təşkil olunmuşdur. Tədbirin hazırlanması “DETEKTİV Lyuks” qəzeti












saytının əməkdaşları, Baş redaktoru Vüqar Qaziyev, Redaktor Gülbəniz Məhərrəmqızı və Parlament müxbiri Arif Qarayev tərəfindən həyata keçirilmişdir. Tədbiri “DETEKTİV Lyuks” qəzetidetektininfo.com saytının hüquqşunansı və redaktoru Gülbəniz Məhərrəmqızı açıq elan etdi və günün müzakirə olunacaq məsələlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı .
 Tədbir Azərbaycan Respublikasının Himni ilə açıldı. Tədbirdə Rusiya Azərbaycanlıları Platformun rəhbəri Ceyhun Əliyev, Respublikanın Xalq artisti Flora Kərimova,Vəkillər Kollegiyasının üzvü, Sosial Hüquqların Araşdırılması İçtimai Birliyin təsisçisi və sədr müavini Adəm Məmmədov, Azərbaycandakı Platformun sədri Mehriban Paşayeva və başqa ziyalılar, İçtimai xadimlər habelə bir neçə Qarabağ Qaziləri, ehtiyyatda olan polkovniklər, bəstəkarlar, şairlər, jurnalistlər, müğənillər və idmançılar iştirak etmişlər.
 Giriş sözü ilə Ceyhun Əliyev çıxış etdi, sonra bütün iştirakçılar Platformun haqqında fikirlərini söylədilər.Onuda qeyd etdilər ki, Platformun yaradılması labüd bir faktordur.


Geniş mövzu ilə Flora Kərimova çıxış etdi və öz xeyir duasını verdi. Tədbirin iştirakşısı Əməkdar İncəsənət xadimi dossent Nailə Mirməmmədli çıxış etdi bu Platformun yaradılmasına sevindiyi bildirdi və Platformun himnini birinci Qurultaya qədər bəstələməyi özünə borc bildiyini vurğuladı.



   Daha sonra,Platformun Azərbaycandakı sədri Mehriban xanım Paşayeva çıxış etdərək,görəcəyi işlərdən danışdı. Bu işlərin nə qədər ciddi və məsuliyyətli olduğunu,atdığımız addımın mühüm olduğunu qeyd etdi, çünki bu yol Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin yürütdüyü siyasətdir. Hər atdığımız addım,dediyimiz söz, gördüyümüz işlərdə böyük məsuliyyət daşıdığımızı bildirdi.
   Növbəti çıxışı Filaloqiya üzrə fəlsəfə doktoru-jurnalist Anar Vəziroğlu etdi. O çıxışında bildirdi ki,biz işlərimizi sözdə yox, əməldə göstərməliyik. Getdiyimiz yol çox müqəddəs bir yoldur, bu yolda büdrəməyə belə haqqımız yoxdur.
 Növbəti çıxışı “DETEKTİV Lyuks” qəzeti və detektininfo.com saytının Baş Redaktoru Vüqar Qaziyev çıxış etdi. O Platformun yaranmasını Azərbaycanı daha geniş dünya auditoriyasında tanınması üçün daha bir prioritet olduğunu vurğuladı. Öz növbəsində Platformun Rusiya numayəndəsi olmaqla daha böyük məsuliyyət daşıdığını vurğuladı.
 Yekunda bütün iştirakçılar tək-tək ayrılıqda Platforma öz xeyir dualarını verdilər, və Platformun işinin daha səmərəli fəaliyyəti üçün bütün səy və bacarıqlarını əsigəlməyəcəklərini söz verdilər.
 Tədbir 4-saat davam etdi məhsuldar və qənayətbəxşlə keçirilməklə  Baba Vəziroğlunun sözlərinə yazılmış, bəstəsi Nayilə Mirməmmədliyə aid olan “APREL ŞƏHİDLƏRİ” mahnısı ilə bağlandı.










Mənbə: Detektiv Lyuks