Almaniya Kubokunda ilk finalçı bəlli oldu

- Son Xəbər / Gündəm
20
0

Futbol üzrə Almaniya Kubokunda yarımfinal mərhələsinə start verilib.
ilk oyun günündə bir görüş baş tutub. 
"Hamburq" doğma meydanda "Leyptsiq"lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan qonaq komanda finala vəsiqə qazanıb.
Digər finalçının adına "Verder" - "Bavariya" matçında aydınlıq gələcək.
Almaniya Kuboku, yarımfinal
23 aprel

"Hamburq" - "Leyptsiq" 1:3
Qol: 
Jatta, 24 - Poulsen, 12. Yanyiçiç, 53-öz qapısına. Forsberq, 72.
24 aprel
22:45. "Verder" - "Bavariya"

Mənbə: Detektiv Lyuks