Bakıda avtomobil qaçıran keçmiş məhkumlar yaxalandılar

- Son Xəbər / Kriminal
17
0

Bakıda vətəndaşın avtomobilini qaçıran şəxslər yaxalanıb.
Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Xətai rayonu, NZS qəsəbəsi, A.Qurban küçəsi ev 25-fə yaşayan, 1981-ci il təvəllüdlü Mustafayev Teymur Əliqulu oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus "Lada 2115" markalı 10-RV-715 dövlət nömrə nişanlı avtomobil evinin qarşısından gecə saatlarında qaçırılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış, əvvəllər məhkum olunmuş, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Cavadov Xəyal Ənvər oğlu və Bakı şəhər sakini İbrahimov Orxan Yaşar oğlu saxlanılıb.
T.Mustafayevə məxsus avtomobil saz vəziyyətdə cərimə meydançasında tapılıb.
Faktla bağlı araşdırma aparılır.



Mənbə: Detektiv Lyuks