Elman Nəsirov: “Ermənistanın baş naziri yenə də öz ampulasındadır”

- Son Xəbər / Gündəm
135
0

Milli Məclisin plenar iclasında çıxış edən deputat Elman Nəsirov İrəvanda keçirilən sammitdə Dağlıq Qarabağ üçün yer ayrılmasına etirazını bildirdi, bunun sülh prosesinə qarşı təxribat odluğunu qeyd etdi.

Deputat Ermənistan rəhbərliyinin son açıqlamalarına da qarşı çıxdı: “Ermənistanın baş naziri yenə də öz ampluasındadır. Sanki Düşənbədə heç bir razılaşma əldə olunmayıb. Deyir ki, “Qarabağ xalqı”nın mövqeyi nəzərə alınmalıdır. Belə yanaşmalar sülh danışıqlarının pozulmasına xidmət edir və qəbuledilməzdir”.
Deputat Zahid Oruc da Qarabağa qanunsuz səfər edən qadınlardan danışdı. O dedi ki, vaxtilə Azərbaycan qadınları baş örpəyi ilə bu qan-qadanı dayandırmağa çalışmışdı. Lakin biz indiyədək erməni qadınlarının sülhə töhfə verdiyini görməmişik. Əksinə, onlar öz balalarını azərbaycanlıları öldürməyə təşviq ediblər. Öz övladları öləndə də onların qəbri üstündə qəhrəman kimi ağlayıblar. Ermənistan Prezident Aparatındakı aksiyalarda öz balalarına bir ovuc erməni ağlayır. Bu, erməni xalqının mövqeyi deyil”.
Z.Oruc dedi ki, Azərbaycan qadınların ermənilərin bu saxta çağırışına münasibəti bəllidir: “Erməni qadını sülh istəmir. Əgər sülh istəsə, hakimiyyətdən bu işğala son qoymağı tələb edərdi”.
Z.Oruc Almaniya Bundestaqının Qarabağla bağlı mövqeyini təqdir etdi və digər ölkələrə nümunə saydı.
Komitə sədri Siyavuş Novruzov isə dedi ki, xarici siyasətlə bağlı həssas yanaşma lazımdır: “Çalışmalıyıq ki, ərazilərimizin işğal olunması, böyük dövlətlərin maraqlarının olması şəraitində ehtiyatlı olaq. Bəzi qüvvələr bulanıq suda balıq tutmaq istəyirlər. Bu il Azərbaycanla Rusiya, Türkiyə, Almaniya və digər ölkələr arasında yaxınlaşma olub. Bu yaxınlarda Fransa prezidentinin də səfəri gözlənilir. Biz hər bir addımımızla çalışmamalıyıq ki, maraqlarımıza xələl gəlsin, hansısa jurnalist, yaxud siyasətçi bundan istifadə etsin və maraqlarımıza zərbə vursun”.
E.Paşasoy,


Mənbə: Müsavat.Com

Həmçinin Oxu