Rüfət Axundova efir məhdudiyyəti qoyuldu

- Şou Biznes / Cəmiyyət
27
0


Aprelin 5-də "Space" TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib.
Sonxeber.az-ın məlumatına görə, "Space" TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib". Kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib.
R.Axundova efir qadağası qoyulacaq. Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək.
Qeyd edək ki, R.Axundov bu məsələ ilə bağlı açıqlama verərək, həmin videonun montaj olduğunu bildirib.
Qeyd edək ki, R.Axundov xalq artisti Yaşar Nurinin bacısı oğludur.

Mənbə: Detektiv Lyuks