Əməkdar artisti sarsıdan ÖLÜM HADİSƏSİ - Məni saxlayan o qadın idi - FOTO

- Şou Biznes
50
0
Əməkdar artist Vaqif Mirzəyev "5/5"də həyat yoldaşının ölümü ilə bağlı ürək ağrıdan açıqlamalar edib.
Məşhur klarnet ifaçısının 40 illik ömür-gün yoldaşını itirdikdən sonra düşdüyü vəziyyət eşidənləri kövrəldib.
Vaqif Mirzəyevin tükürpədən açıqlaması:
"Övladlarım şəhərdə qalır, mən özüm yoldaşım rəhmətə gedəndən sonra Mərdəkanda qalıram. Artıq 2 il yarımdır mən Mərdəkanda tək qalıram. 3 övladım var - iki qız, bir oğlan. Üçü də subaydır. O ərəfədə idi ki, yoldaşım rəhmətə getdi, qaldı.
Yoldaşıma nə oldusa bir saatın içində oldu. Adi bir qanın zəhərlənməsi ilə, nə isə sancmışdı. Özü də o , mənim yaxın dostum idi. Ölməyə qalsa, yaxşısı birinci kişi ölsün. Ən yaxın dostu itirəndə çətin olur - 40 il! Martda artıq 3 il olacaq ki, onsuz yaşayıram. Hər gün onun qəbrinin üstünə gedirəm, onunla danışıram. Yuxuma çox girmir. Allah nə yazıbsa, mənə də o olacaq. O, dünyasını dəyişəndən sonra ağlamaqdan gözlərim zəiflədi. Yoldaşımdan sonra mən ürək əməliyyatı keçirtdim. 4 ürək damarımda 8 saat əməliyyatım getdi. Məni yaxşı saxlayan o qadın olub. Heç bilmirəm 40 il necə keçdi. Biz 40 il bir yerdə yaşamışıq. Mən bir sözü ona iki dəfə deməmişəm. Qohum olmamışıq. heç nə vəsiyyət də edə bilmədi. Yan-yana oturmuşduq, birdən özündən getdi".
Bu etiraflar qarşısında nə deyəcəyini bilməyən Zaur Kamal "Bəs uşaqlar sizi niyə tək qoydu?" sualı ilə məşhur musiqiçiyə müraciət edib.
Əməkdar artist aparıcının sualına "Mən özüm təkliyə çəkildim. O ki Mərdəkandadır (məzarı), mən də getdim Mərdəkana. Buna hazır deyildim mən" cavabını verib./milli.az


Mənbə: Detektiv Lyuks