"Dərslərimi qəbiristanlıqda oxuyurdum" - Elgiz Əkbər

- Şou Biznes
57
0

Aparıcı Elgiz Əkbər "Səhər-səhər" verilişində qəbiristanlıqla bağlı müzakirə edib.
detektivinfo.com Sonxeber.az-a istinadən məlumatına görə, Elgiz dərslərini qəbiristanlıqda hazırladığını deyib:
"Mənə jurnalist sual verdi ki, hərdən çəkilişlə bağlı qəbiristanlığa gedirsiniz. Bizim bir qohumun həyəti ilə qəbiristanlığın arası bir addımlıq idi. Dərslərimi hazırlamaq üçün ora gedirdim. Kitablarımı götürüb gedirdim qəbiristanlığa dərs hazırlayırdım. Çünki orada heç kim narahat etmirdi. Səs-küy də yox idi. Hələ balaca idim. Ona görə deyirəm ki, ölülərdən qorxmaq lazım deyil. Dirilərdən qorxmaq lazımdır. Nə edirsə, onlar edir".


Mənbə: Detektiv Lyuks