"Azərbaycan gəncliyinə nümunə olası oğullarım" - Prokuror Məmməd Əliyev VİDEO - FOTOLAR

- Ölkə / Cəmiyyət
58
0

Bu gün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Avropa Şurası (AŞ) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) birgə təşkilatçılığı ilə “İnsan haqları” adlı rəsmi dövlət tədbiri keçirilib. SİA-ya Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru, ədliyyə müşaviri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, general Səməd bəy Mehmandarov qızıl medalı mükafatçısı Məmməd Əliyevin verdiyi məlumata görə, korrupsiyaya qarşı mübarizə tədbirindəki bölmə iclaslarında Rusiya Federasiyası Baş Prokurorunun müavini Aleksandr Emmanuiloviç Buksman, Avropa Şurasının Hüququn Aliliyi və İnsan Haqları direktorluğunun Baş direktoru Yakumopolos Xristos, Ölkələr Korrupsiyaya qarşı Qrupunun prezidenti Mrçela Marin, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti, Azərbaycan Respublikası Baş prokurorunun müavini, BPA-nın Antikorrupsiya şəbəkəsinin rəhbəri Kamran Əliyev, Rusiya Prezidenti yanında Korrupsiyaya Qarşı İdarənin rəis müavini Aleksandr Aleksandroviç Anikin, Yunanıstan Respublikası Ali Məhkəməsinin Baş prokuroru Dnitriou-Vasilopulu Rsent, Rusiya Federasiyası Ali Məhkəməsi sədrinin müavini Vladimir Aleksandroviç Davıdov, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin antikorrupsiya əməkdaşlığı üzrə xüsusi səfiri Andrey Levonoviç Avetisyan, peşəkar hüquqşünas, hazırda aspirantura pilləsində təhsilini davam etdirən Heydər Əliyev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq və Avropa Birliyi hüququ kafedrasının müəllimi, hüquq elmləri doktoru Cavanşir Əliyev və digər qardaşı, tələbə-hüquqşünas Ağalar Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Respublikası Baş prokurorunun müavini, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi, nümayəndə heyətinin rəhbəri Kamran Əliyevi tədbirdən öncə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq hüquq və Avropa Birliyi hüququ kafedrasının müəllimi, hüquq elmləri doktoru Cavanşir Əliyev, peşəkar hüquqşünas, aspirantura təhsilli Heydər Əliyev və digər qardaşı, tələbə-hüquqşünas Ağalar Əliyev qarşılayıblar.
Tədbirin sonunda xatirə şəkli çəkdiriblər.
Qürur duyulası oğullarımızla fəxr edirik!










Mənbə: Detektiv Lyuks