İbrətlik və unudulmaz tariximiz.

- Media / Sosial / Cəmiyyət
95
0


                                            Ibrətlik tarix...
Allahın rəsulu Məhəmmədin (s.ə.a.v) Ərəbistan yarımadasında yaşayan qəbilələri İslam bayrağı altında birləşdirdiyi dövrdə Mədinə şəhəri yaxınlığında yahudilərin yaşadığı Xeybər adlı bir şəhər var idi. Peyğəmbər Quranın da - sizinlə mübarizə aparmasalar, icazə verin yaşasınlar - əmrinə uyğun olaraq Xeybərin mövcudiyyətinə toxunmamışdı. Lakin, sonralar Xeybər adlı bu şəhər dövlətin rəhbərliyi müsəlmanlara hər sahədə maneə törətdiyinə görə, hicrətin 7-ci ilində Əli ibn Əbu Talibin (ə) rəhbərliyi altında İslam ordusu Xeybəri fəth etmiş, yahudi döyüşçülər qılıncdan keçirilmişdir. 1973-cü ilin 6-24 oktyabrında İsrail ordusu ilə ərəb dövlətlərinin birləşmiş orduları arasında geden döyüşlərdə İsrail ordusu qalib gəlir. Sinay yarımadasını və Holan təpələrini ələ keçirən İsrail ordusuna keçmiş İngiltərə ordusu zabiti, həmin dövrdə isə İsrailin hərbi naziri olan general Moşe Dayan komandanlıq edirdi. Qeyd olunan qələbədən sonra qalib ordusunun qarşısında çıxış edən Moşe Dayan öz nitqinə - şükürlər olsun biz Xeybərin heyifini müsəlmanlardan aldıq - sözləri ilə başlayır. Bu yazımla mən nə din dərsi keçmək, nə dinlər tarixi barədə məlumat vermək, nə də hansısa siyasi mesaj vermək istəmirəm. Sadəcə olaraq demək istəyirəm ki, İsraili bu gün dünyanın super güclərindən birinə çevirən yahudi xalqının nəsildən nəsilə 100 hətta 1000 min illərlə ötürdükləri qisas hissidir. Bizlərin bu mövzudan alacağımız böyük bir dərs vardır.

Belə ki, bir yahudilərə baxıram, bir də 20 yanvar qırğınını, Xocalı soyqrımını cəmi 2 onillik sonra unudan xalqımın bəzi gənclərinə baxıram, dəhşətə gəlirəm! Ötən əsrin əvvələrində ermənilərin bizim insanlarımızın, xüsusilə də qız gəlinlərimizin başına nə gətirdiklərini sonralar çox tez və tamamilə unutduq. Getdik erməni ilə kirvə olduq, qohum olduq, şərik olduq... Nəticədə çox keçmədi Xocalı soyqrımını yaşadıq. Əgər biz də unutqanlığımızdan əl çəkməzsək, qisas, intiqam hissini xalq olaraq nəsildən nəsilə ötürməzsək növbəti soyqrımların təhlükəsindən heç vaxt qurtulmayacağıq və bizim heç vaxt İsrail kimi güclü, nüfuzlu dövlətimiz olmayacaq!

    RƏŞAD ƏHMƏDZADƏ

Mənbə: Detektiv Lyuks