Səfirlikdə işləyən Azərbaycan vətəndaşı qanunsuzluqlara yol verir. ARAŞDIRMA.

Redaksiyamıza bir qadın şikayət edərək bildirmişdir ki,19 il ailə həyatı qurduğu insan onun hər zaman hüquqlarını taptalayaraq az yaşlı övladlarının və qohumlarının gözü qarşısında təhqir edirmiş. Bu haqsızlığa dözməyən qadın həttda özünü intihar etməyə cəhd edib, lakin övladlarını gözünün qarşısına gətirərək bu fikirdən yayınb. Hal hazırda bu məsələ ilə bağlı Bakı şəhər Nərimanov Rayon Məhkəməsində araşdırmalar aparılır. Sözü gedən Azərbaycan qadınını həyat yoldaşı evdən qovaraq az yaşlı qız uşaqları ilə görüşməyə qadağa qoyub. Qeyd etmək istəyirəm ki, xanımın həyat yoldaşı hələlik adını çəkə bilmədiyimiz səfirlikdə sürücü vəzifəsində işləyir. Bu məsələ ilə bağlı Redaksiyamızın və "MİZAN" Hüquq Xidməti tərəfindən həmin səfirliyə müraciət edərək bu haqsızlığı aradan qaldırılması istiqamətində bizə yardımçı olmalarını xahiş etmişik.
 Hələlik adlarını çəkə bilmədiyimiz hüquqları taptalanmış Azərbaycan Qadının və dırnaq arası səfirlikdə işləyən qəhramanımızın araşdırmalrı davam edir. 
   Bizi izləyin ki, sizdə xəbərdar olasız.



Mənbə: Detektiv Lyuks