İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

- İqtisadiyyat
53
0

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsində "Dubai Trade"in icraçı direktoru Mahmud Əl Bastaki ilə görüş keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Təmkin Xəlilov qonağı səmimi salamlayaraq Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesində informasiya texnologiyalarının tətbiqi, yeni innovasiya layihələri barədə məlumat verib.
Görüşdə informasiya texnologiyalarının gömrük işinin səmərəli şəkildə həyata keçirilməsində, beynəlxalq ticarətin sürətli və asan şəkildə reallaşdırılmasındakı rolu barədə müzakirələr aparılıb, bu sahədə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin ümumi işə fayda verəcəyinə əminlik ifadə edilib.
Trend.az

Mənbə: Detektiv Lyuks