Dünya Azərbaycanlıları Platforması və onun ugursuz liderləri.....


1992-ci ildə   Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə milli ideologiya - azərbaycançılıq və dövlətçilik ideologiyası  sürətlə  inkisaf  etməyə  başlamışdır. Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası və milli-mənəvi dəyərlərlə vəhdətdə olduğunu göstərdi. Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və milli mədəniyyətimizdən ibarət olduğunu nəzərə çatdıran Ulu Öndər Heydər Əliyev inamla bunları bildirmişdir: "Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.
Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Azərbaycançılıq  ideologiyası  Cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir.
Bu  gün  dünyada   istər  siyasi, istərsə də  iqtisadi  sahədə  çox  ciddi  hadisələr  baş  verir.  Bu  baş  verən  qlobal   hadisələri  qabaqlamaq  üçün  bütün  dünya  xalqları  bir-birinin  ətrafında  birləşməli  və əlaqələrini  möhkəmləndirməlidirlər. Bu baxımdan  dünya  azərbaycanlıları  da milli  birliyini möhkəmləndirməlidirlər.
 Əlbəttə ki, dünyada  yaşayan 60 000 000-a yaxın   azərbaycanlıların   problemlərinin  həllinə  ünvanlanmış  təşkilatların  hamısını  alqışlamaq  və  onlara  dəstək  olmaq  lazımdır.  Çünki,  müəyyən  qədər  də  olsa  bu  təşkilatlar  dünya  azərbaycanlılarına  aid  problemləri   həll  edirsə  bu  təqdirəlayiqdir.  Bu təşkilatlar   arasında   çox  güclü  birlik  olmalıdır.
Bu  baxımdan da  bu  yaxınlarda  Dünya  Azərbaycanlıları Platformasının (DAP) yaranması  və  onun amalı  hamımızı  sevindirdi.   Bu barədə  Türkiyədə  yaranmış  DAP-nın rəhbəri kimi  özünü  təqdim  edən  Samir  İsgəndərli  məlumat verəndə   həqiqətən  sevindik. Lakin sevincimiz çox çəkmədi, necə deyərlər sən saydığını say, gör fələk nə sayır. Samir  İsgəndərli   məlumat verdi ki, DAP  Türkiyədə  qeydiyyatdan  keçib ,  hətta  Rusiya  DAP-ın rəhbəri, ehtiyatda olan polkovnik Ceyhun Əliyev də Bakıya qonaq gələrkən  konfrans  keçirib. Təəssüflər olsun ki, Ceyhun Əliyevin keçirdiyi tədbiri işıqlandırmağa Samir İsgəndərli icazə vermədi, çünki həmin tədbirdə Azərbaycan Respublikasının Xalq Artisti Flora xanım Kərimova iştirak etmişdir. Daha   sonra 09 avqust 2019-cu il tarixdə,    Mehriban Paşayeva  da  Bakıda    belə bir    konfrans  keçirib və DAP-ı Bakıda  yaratmaq  istəmişdir. Danışıqlardan  məlum  oldu ki, DAP  cox möhtəşəm bir  təşkilat olmalıdır.
Sonradan  bildirdilər ki,   Türkiyədə   DAP-nın forumu  keçiriləcək. Türkiyədən Samir İsgəndərlinin,  Azərbaycandan  Mehriban  Paşayevanın  rəhbərliyi  ilə   avqustun 25-dən avqustun 31-ə qədər  bu  forumdakı   tədbirlər planı ilə hamını tanış  elədilər. Tədbirlər  planı çox  zəngin  idi-konfranslar,  tədbirlər,  iclaslar,  görüşlər,  dəyirmi  masalar,  sonda  isə  Zirvə  konfransı  nəzərdə tutulmuşdur.
Eyni zamanda  tədbir  istirakçılarının  hər  birindən  500 ABŞ dolları tədbir  xərclərinə  görə və Bakı-İstanbul- Bakı  aviareysinə  uçuş  biletinə  görə 333 ABŞ dollar  pul  almışdılar.  
Bunun müqabilində  tədbir  istirakçılarına  vəd  olunmuşdur:
  • Qonaqların qarşılanması
  • Səhərlərarası ancaq  təyyarə  ilə  uçuş
  •  Şəhərdaxili  avtobus gedişləri
  • 5 ulduzlu  otellərdə   qalmaq
  • Gün ərzində 3 dəfə  yemək             
  •    Tədbir  iştirakçıları  təxminən 20 nəfər heyətlə avqustun 25-i  Bakıdan yola düşüblər. DAP-in mətbuat katibi Vüqar Qazıyev və onun işçiləri  isə Bakıdan Türkiyəyə avtobusla gediblər. İstanbulda Samir İsgəndərli qonaqları  qarşılayıb. Lakin qarşılanma deyilən səviyyədə olmayib.  Çünki  qonaqlar   İstanbulda oteldə  dincəlib  Fethiyə  şəhərinə  getməli idilər.  Lakin heç  bir  otel  yerləşdirməsi olmayaraq, qonaqları  birbaşa təyyarə  ilə Fethiyə şəhərinə, sonra  isə avtobusla  uzun bir yolçuluqla otelə aparıblar.  Heç bir  ulduzu  bilinməyən “Bahar” adlı otel  çox aşagı səviyyədə,  şəraitsiz  bir otel idi.  12 saatliq  yol qət  etdikdən   sonra qonaqlar ac-susuz  oteldə  yerləşdirilib. Samir  İsgəndərli iştirakçılara deyib ki,  səhər 9-00-da  əşyalarınızla otelin  xoluna  düşərsiniz,  Qarabag Caddəsinin (küçəsinin) açılışına gedəcəyik.
  •  Lakin səhər tədbir  iştirakçılarına bildiriblər  ki, açiliş  alınmır,   Gəmi  turuna  gedəcəyik. Buna   görə də ciddi  şəkildə narazıçılıqlar olub. Gəmi turu da aşagi səviyyədə təşkil olunmuş  bir tur idi. Orada heç bir DAP-dan  söz gedə bilməzdi,   bir turizm  turu idi. 6 saatlıq  yorğun  turdan  sonra  qonaqları  yenidən otelə qaytarıblar və acınacaqlı  vəziyyət o  olub  ki, vəd olunmuş  yemək  və  dincəlməklərdən  əsər-əlamət olmayıb. Qonaqlar öz  şəxsi  vəsaiti   hesabına  yemək  yeyiblər.
  • Xeyli  naraziçılıqdan sonra avtobus gəlib və  qonaqlar Antaliyaya  yola düşüblər (halbuki  təyyarə  ilə  getməli idilər).  Samir İsgəndərli üzrxahlıq edib və bildirib ki, Antaliyada hər şey yaxşı  olacaq.
  • Lakin Antalyada da daha pis  mənzərə ilə rastlaşıblar. Tədbirə qatılan iştirakçılar, elm və mədəniyyət xadimləri və s. Olimpiya Mərkəzində  idmançılara  məxsus olan “Qrida” adlı pansiona (yataqxana) yerləşdiriblər.  Qonaqlar  şəraitsizlikdən bezib Samirə  ciddi  narazıçılıqlarını  bildirirlər.  Şəraitsizlikdən, heç  bir  tədbirin  olmamasından,  iştirakçılarla  Samir İsgəndərli və  Mehriban  Paşayeva arasında  gərginliklər  artmağa başlamışdır. İştirakçılar  elə vəziyyətə düşmüşdülər ki, özlərini hansısa bir sınaq yarışlarında hiss edirdilər. 


  •  Vəziyyətin gərginləşdiyini  ğörən Samir İsgəndərli bildirib ki, sabah-avqustun 28-də  Antalya Qəzetçilər Cəmiyyətinin binasında tədbir olacaq. Qonaqlar  həmin  tədbirə qatılır,  tədbiri Lalə adli bir xanım aparırdı. Lakin sonradan məlum oldu ki, bu tədbirin DAP-a heç bir aidiyyatı  yoxdur. Bu Lalə  xanıma məxsus   “Azərbaycan  Xalqlar Dostlugu”  dərnəyinə  aid  bir  tədbiridir, DAP-ları  isə  qonaq  qismində  aparıblar. Tədbirdə Samir İsgəndərlinin nümayəndələri öz çıxışları zamanı müxalifətsayağı fikirlər irəli sürərək Azərbaycan Dövlətinin əlehinə rəylərini bildirirdilər. Tədbir zamanı DAP-ın mətbuat katibi Vüqar Qazıyev iclasın aparıldığı məkanda Azərbaycan Respublikasının Dövlət Bayrağının üzü divara sarı, başı aşağı vəziyyətdə, köhnə skoçlarla divardan asıldığını görür və kəskin iradını bildirir. Bu zaman tədbir yerinin işçilərindən olan cavan bir oğlan, bayrağa yaxınlaşıb düzəltmək istəyəndə, onu doğru-düzgün necə asılacağından çətinlik çəkdiyi üçün bayrağı üç dəfə əlindən yerə salır. Bu hadisə daha da böyük narazılığa səbəb olur. Lakin Mehriban Paşayeva buna heç bir əhəmiyyət verməyərək: “Vüqar müəlim mən sizə söz verməmişəm, iclası pozmayın” deyərək iclası davam etdirdi. Bu zaman artıq tədbir iştirakçıları hamılıqla narazılıqlarını bildirdikdə bu dəfə Mehriban Paşayeva daha böyük etinadsız bir şəkildə:” İclası pozmayın, dünya dağılmadıki,..” deyərək sakitlik yaratmağa çalışırdı. Belə olan halda tədbir iştirakçıları daha kəskin naraziçılıq yaratdılar və  tədbir  yarımçıq  qaldı, iştirakçılar  zalı  tərk  elədilər.
  • Həmin tədbirdən sonra vəziyyət bir az da  gərginləşdi. Artiq 3-cü gündür ki, qonaqlar  üçün  nə  tədbirlər, nə də onlara elementar  diqqət  yox idi.  Boş-boşuna  şəraitsiz otellərdə  vaxtlarını  keçiriblər.  Axşam artıq   tədbir  iştirakçıları  tərəfindən Mehriban Paşayevaya qarşı  güclü  etirazlar  başladı və onun liftdə halı pisləşdi. Bu hadisədən sonra hamı fikirləşdi ki, burda Mehriban Paşayevalıq bir şey yoxdur, Samir İsgəndərli bütün baş verən proseslərə  cavab verməlidir. Samir   dəvət  edildi, (oteldə  otagından çıxmırdı, etirazlara  görə qorxurdu) o, baş  verən problemlərə görə  üzrxahlıq elədi  və  yenə  söz  verdi ki, bundan sonra problem olmayacaq.
  • 28  avqust  saat 2300 radələrində  məlum  oldu ki,  Samir  otelin pulunu ödəmədiyindən və borclu  qaldıgı  üçün , otaqlara giriş-cıxışa  məhdudiyyət  qoyulub, Samir isə  oteldən qaçıb  qıraqda  meşəlikdə  gizlənmişdi.  Onun   otelə 650 ABŞ dollar  borcu  qaldığına  görə də otel  rəhbərliyi  belə  eləyib.  Halbuki bütün odənişlər qabaqcadan Samir İsgəndərlinin adına köçürülmüşdür.  Tədbir  iştirakçıları məcbur olub   (əsasən kişilər) bu problemi öz aralarında  həll  etməyi qərara alırlar. Əlbəttə ki, güclü  narazıçılıqlar  yarandı, heç kim pul  vermək  istəmirdi.  Ancaq  pulu  yığıb  otel  rəhbərliyinə  verəndə  məlum  olur ki,  Samir  İsgəndərlinin  otelə  650 ABŞ dollar yox, 1000 ABŞ dollardan çox borcu  vardır. Hətta bununla bağlı otel  rəhbərliyi  Samirə  çox  təhqiramiz  sözlər  deyir.  Nə isə, iştirakçılar yenidən pul  yığıb  otelin  borcunu ödəyirlər.
  • Artiq kollektiv   şok  keçirirdi. Hamılıqla  qərara  gəldilər  ki, Samir   İsgəndərli bütün  bu  baş  verənlərə  aydınlıq  gətirməlidir.  Tədbir iştirakçıları  Samirlə   görüşür,  Samir and-aman edir ki, belə hadisə bir də baş verməyəcək,  sizin  yanınızda  xəcalətliyəm. Otelə ödədiyiniz  pulları da  sabah    qaytaracağam.
  • Nəhayət, Samir İsgəndərli bildirdi ki, sabah  Ankaraya  gedəcəyik, avtobusun pulunu da 3700 TL ödəmişəm,  5 ulduzlu   “Qreen Park”  oteldə  yerləşəcəyik,  Ankaradakı tədbirlərimiz  yüksək  səviyyədə  keçiriləcək.
  • Sabah  saat  11:30-da  oteldə  otaqlarımızı  tərk  eləyib  foyeyə  düşdükdə  Samir yenidən bildirdi   ki, avtobus  gecikir 13:30-da  olacaq. Artıq  kollektiv  arasında  yenidən  narazıçılıqlar baş  qaldırırdı.  Sonra Samir  bildirdi ki, minibus (balaca avtobus) sifariş verib. Kollektiv 30 nəfərə  yaxın oldugu  üçün narazıçılıq  başlayır  və    qərara  gəlilər  ki, kiçik  avtobusu  daha böyük,  konfortlu  avtobusla  əvəzlənsin.  Vaxt  gedirdi,  ancaq  avtobusdan heç bir  xəbər yox  idi.  Araşdırma  apardıqdan  sonra  bilindi ki, sən demə  Samir  avtobus  üçün  heç bir  ödəniş  etməyib  və  yenə  də  hamıya yalan danışır.  Artıq  həqiqətən “sözün bitdiyi yer” burda deyilib.
  •  Yenə də  tədbir  iştirakçıları yenidən  3600 TL  pul  yığıb  avtobusa  ödəyəndən  sonra avtobus  gəldi. 8  saat  yol getdikdən sonra nümayəndələr Ankarada “Burokrat” otelinə yerləşdirildilər. Yenə də eyni ssenari, eyni acınacaqlı durum, aşagı  səviyyəli  otel. Sanki bu durum iştirakçıların alın yazısı və artıq gündəlik yaşam tərzinə çevrilmişdi. Samir   bildirdi ki, otelin 1 gününü ləgv eləyiblər,  sabahdan 5 ulduzlu   “Qreen Park”  oteldə  yerləşəcəyik. Səhəri günü iştirakçıları  nəhayət ki, 5 günlük iztirab və işgəncədən sonra normal bir  otelə  yerləşdirdilər.  Tədbirin gündəliyinə görə   qonaqlar  əvvəl M.Ə.Rəsulzadənin məzarına,  Xocalıməqbərəsinə  ziyarət etməli idilər. Axşam isə   Zəfər  bayramı  ilə  əlaqədar Türkiyə  Prezidenti R.T.Ərdoganla görüş keçiriləcək və DAP-in  forum nümayəndələri  də  o tədbirdə  iştirak  edəcəkdilər.
  •             Saat 14:00-da Xocalı  Məqbərəsinə  ziyarətə  yola  düşdük. Bir saat yarım    yol  gedib  Kızılcahamam  qəsəbəsindəki  möhtəşəm  Xocalı  Məqbərəsini  ziyarət  etdik. Ziyarətdən  sonra  nümayəndələri  yemək  yeməyə  apardılar. Yemək  zamanı Mehriban Paşayeva, Samir  İsgəndərli  və    Bələdiyyə başqanı məclisi tərk etdilər.  Biz  səbəbini  soruşduqda,  Türkiyə  prezidenti  R.T.Ərdoganın da iştirak  etdiyi Zəfər bayramına   getdiklərini bildirdilər. Biz ciddi  şəkildə  narazıçılıgımızı  bildirdik ki, axı  Prezidentin istirak  etdiyi  bu  tədbirdə  bütün  forum  iştirakçiları qatılmalıdır.  Ancaq  onlar  saymazyana yollarına  davam  elədilər.
  •             Yeməkdən qayıdandan sonra nümayəndələr otelin xolunda oturub söhbət edərkən Mehriban Paşayeva və Samir  İsgəndərli qatıldıqları tədbirdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla selfi çəkdirdikləri fotoları göstərdilər. Şəkillərin hansı anda çəkildiyindən xəbərimiz olmasa da onların dediyinə görə  ölkə rəhbəri Ərdoğan onların işinə xeyir-dua verib.
  • Artıq 6 gün  idi ki,  tədbir  iştirakçıları  aldadılırdı,  proqram  üzrə  heç  bir  tədbir  keçirilmirdi. Ona  görə də  Samir İsgəndərli və   Mehriban  Paşayevaya qarşı cıddı  narazılıqlar  daha  da şiddətlənirdi (bu  narazılıq  elə  ilk  gündən  başlamışdı). Forum  iştirakçıları  arasında belə  bir  fikir  formalaşmışdı  ki, bu iki şəxs özlərini reklam etməklə və nümayəndələri kobud surətdə ələ salmaqla məşğuldular. Bunların  qəlblərində  azərbaycançılıq yox,  sadəcə  ucuz  şöhrətpərəstlik, insanları  aldatmaq,  insanların  haqqlarını  mənimsəmək  hissləri  var.
  • Ona  görə  də insanların səbr kasası dolduğundan avqustun 31-də keçiriləcək  yalançı  tədbirə  demək  olar  ki, heç kim qatılmadı.
  • Nəhayət, 01 sentyabr 2019-cu il tarixi və nümayəndələrin evə dönmək zamanı gəlib çatdı. Hər kəs öz növbəsində sanki hansısa bir psixoloji işgəncədən canın qurtarmış halda və öz kəskin iradlarını Mehriban Paşayevaya və Samir İsgəndərliyə bildirərək əsəbi şəkildə oteli tərk etdilər.
  • Həqiqətən də belə  bir  missiyanı  üzərinə  götürən  Samir  İsgəndərli və Mehriban  Paşayeva  öz  məsuliyyətlərini  dərk  eləmirdilər. Onların heç bir halda nə Azərbaycan nə də millət adından danışmağa ixtiyarları yoxdur.
  • 25-30 ziyalını  idarə  edə  bilməyən, onları  dinləmək belə istəməyən, hətta  bəzi  anlarda  haqlı  tələblərinə  görə “Sizi  Bakıda  cəzalandıracam  deyən”, onlara  vəd  elədiyi  servizi  göstərməyən  bu iki      insana  necə  dünya  azərbaycanlılarının  taleyini  etibar  etmək olar?
  • Axı  biz  hər  dəfə  belə  aldanırıq, yalnış  adamlara  etibar  edirik, sonra  isə  əziyyət  çəkirik. Ona  görə də hər bir  azərbaycanlı  azərbaycançılıq  adı  altında   öz  şəxsi mənafeyini  güdən  insanlara  Samir  İsgəndərli və Mehriban  Paşayevaya   yox  deməlidir.
  • Onsuz da  dünyada  yaşayan  azərbaycanlıların problemləri  çoxdur. Bu  problemləri  həll  etmək  üçün  azərbaycanlılar  ciddi  təşkilatlarda, ciddi  liderlərin  ətrafında birləşməlidirlər.
  • Dünya  Azərbaycanlılarını  təmsil  edən təşkilatlara savadsız, iradəsiz, məsuliyyətsiz, insanlara yuxarıdan aşagı baxan, azərbaycançılıga  hörmət  qoymagı  bacarmayan, dediyi  sözü  tuta  bilməyən,  insanların  haqqlarını  yeyən,  şəraitə  uygun  əqidəsini  dəyişən -liderlər  heç  kimə  lazım  deyil.
  •    
  • Qarşı tərəfin və tədbir iştirakçılarının mövqeyini dinləməyə hazırıq.


Mənbə: Detektiv Lyuks