BU DÜNYADAN O DÜNYAYA MƏKTUB ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN ƏBƏDİ RUHUNA

- Gündəm / Şikayətlər / Cəmiyyət
544
0
                                                         BU  DÜNYADAN  O  DÜNYAYA  MƏKTUB
                                                  ULU  ÖNDƏRİMİZ  HEYDƏR  ƏLİYEVİN ƏBƏDİ  RUHUNA
         Redaksiyamıza daxil olan şikayət ərizəsi əsasında Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Riyaziyyat-İnformatika fakültəsinin keçmiş baş laborantı,Yeni Azərbaycan Partiyasının fəal üzvü, 25 il tam qüsursuz fəaliyyət göstərən və sonunda səbəbsiz işdən azad olunan Əliyeva Arzu Əsəddin qızı bildirmişdir ki, hər hansı bir Dövlət orqanlarına müraciət etməyinə baxmayaraq onun tapdanmış hüququ bərpa olunması üçün Ulu Öndər Heydər Əliyevin məzarına “məktub” yazmışdır. Həmin yazını Sizə təqdim edirik.
Fədakar, daim xalqını düşünən, unudulmaz Prezident Heydər Əlirza oğlu Əliyev, Allah Sizə qəni-qəni rəhmət eləsin! Məgər Siz sağ olsaydınız  bəzi dırnaqarası “deputat və məmurlar” dövləti və onun qanunlarını uşaq oyuncağı hesab edərdilərmi? Sizin yüksək dəyər verdiyiniz təhsil sistemi bu qədər alçalmış və ya təhqir olunmuş vəziyyətə enərdimi? Sizə dəyərli olan və hər zaman “Mən müəllimdən yüksək ad tanımıram” kimi qiymətləndirdiyiniz  Azərbaycan Dövlət Pedaqoji Universiteti indi təhsildən və pedaqoji aləmdən məlumatı olmayanların əlində ağlar günə qalardımı? ADPU-nun ziyalı kontengenti sorğu sual olunmadan lazımsız əşya kimi uzaqlaşdırılardımı? Unudulmaz Öndər bu suallarıma cavab tapmaq üçün mənə  kömək etməyinizi xahiş edirəm.
         Böyük elmi və elmi-pedaqoji ənənəyə malik qocaman pedaqoji təhsil ocağı olan Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilin vəziyyəti son dərəcə təhlükə qarşısındadır. Universitet pedaqoji statusunu itirmək təhlükəsi ilə üzləşmişdir. Rektor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı ölkəni və yüksək dəyər verdiyi Azərbaican Dövlət Pedaqoji Universitetini darmadağın etməyi sanki qarşısına bir məqsəd qoymuşdur.
         Cəfər Cəfərov Universitetə rektor təyin olunduqdan 3 il keçməsinə baxmayaraq məlum olur ki, o  XX əsrin sonlarında dünya təhsil sisteminin keçirdiyi qlobal böhranlardan və onun davamı olan son elmi inqilabdan, dərketmənin müasir XXI əsr strategiyalarından və qabaqcıl ölkələrin təhsil sahəsindəki təcrübələrindən xəbərsiz olub, Universiteti klassik “kor uçuş” qaydası  ilə idarə etməkdə davam edir. Onu qınamaq da olmaz çünki, onun özünün elmi-tədqiqat işinin də elm və təhsil sistemi ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, onun işi “Azərbaycan Sovet kəndinə” aiddir. C.Cəfərov görünür bunları nəzərə alaraq Universitetin pedaqoji kadr potensialını “gücləndirmək” məqsədi ilə tədris sahəsində böyük təcrübəsi və tədris təşkilatçısı olan mütəxəssisi tədris işləri üzrə prorektorluqdan azad edərək onun yerinə pedaqoji təhsil sistemi ilə əlaqəsi olmayan politoloq Eldar Aslanovu, tədris işləri üzrə şöbə rəhbərliyinə isə ərzaq sahəsi üzrə mütəxəssis olan, özünün əvvəl çalışdığı Turizm və Menecment institutundan gətirdiyi Sənan Əliyevi təyin etmişdir. “Fizika və texnologiya” fakültəsinin dekanını (şöhrət ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor) dəyişərək, onun yerinə BDU-nun laborantı, 50 yaşı olan və bir gün belə müəllim işləməmiş, həyat yoldaşının xalası oğlu Arzu Daşdəmirovu əmrlə dekan təyin etmişdir. O, fakültənin elmi şurasına və metodiki şuraya rəhbərlik etməli olmuşdur. Cəfər Cəfərov Pedaqoji Universitetin rəhbər kadr potensialını beləcə məhv edərək onları turizm eksperti, əmtəəşünas, ərzaq sənayesi üzrə mütəxəssis, gömrük içşisi və s. kimi qeyri-ixtisasçı qohumları ilə əvəz etmişdir.   Onun “gücləndirdiyi kadr siyasəti” budur.
         Rektor  C.Cəfərov bu vəzifəyə gələrkən özü ilə cəzaçəkmə müəssisələrində nadzor işləmiş Aftandil Bayramovu Universitetə “İnsan resursları” şöbəsinə müdir təyin etmişdir ki, o da universitet əməkdaşlarına divan tutmaqla məşhurlaşmışdır. Çox çəkmədi ki, çirkin əməllərinə görə işdən uzaqlaşdırılmışdır.
         C.Cəfərov tədrisin keyfiyyətindən və insanlara qayğıdan məhrum olan bir insandır. Digər Universitetlərdən fərqli olaraq əməkdaşların nəinki maddi vəziyyətini yaxşılaşdırmaq, universitetin qazandığı pulları təmir adı ilə göyə sovurmaq və maddi imkanları zəif olan əməkdaşları süni yollarla incitməklə onları dövlətimizdən narazı salmaqdır. Hətta o, eyni ailədən işləyən iki əməkdaşın işdən azad edilməsindən zövq alan “rəhbərdir”. Onun vəzifəsi ancaq öz yaxın və səriştəsiz qohumlarını işə düzəltmək və öz maraqlarını rəhbər tutaraq, universitetin müəllim və tədris köməkçi kadrlarının potensialını məhv etməkdir.
         C.Cəfərov bibisi nəvəsi olan Ümid Mehdiyevi Universitetin təsərrüfat işləri üzrə prorektoru gətirmiş və qısa müddətdə o, maliyyə pozqunluqlarına yol verdiyinə görə   həmin vəzifədən çıxarmaq əvəzinə, sanki  “cəzalandıraraq” onu özünə  2-ci müşavir təyin etmişdir. Təhsil Nazirinin belə bir müşaviri olduğu halda C.Cəfərovun iki müşaviri var. Görəsən Cəfərov nədən belə çətinlik çəkir?
         C.Cəfərov qardaşı qızının əri olan Xəlilov Vüsalı Tələbələr şöbəsinə müdir, bibisi nəvəsinin əri olan Çinar Qaybalıyevi Təsərrüfat işləri üzrə prorektorun müavini və şöbə müdiri,  onun dayısı olan Afət müəllimi komendant, öz xalası oğlu Araz Xəlilovu İdman kulubuna müdir təyin etmişdir. Bundan başqa rektor kimliyi məlum olmayan Aydın Kərimov adlı yaxın adamını qeyri-rəsmi olaraq Universitetin baş hüquqşunası və eyni zamanda attestassiya komissiyasının sədri kimi,  Orxan Novruzovu qeyri-rəsmi olaraq baş mühasibin müavini kimi işlədir.
C.Cəfərov ölkəmizin kadr siyasətinin əksinə gedərək 20-dən çox qabaqcıl xarici ölkələrdə məktəb keçmiş və doktorluq müdafiə etmiş professorları, əməkdar müəllimləri, elm xadimlərini, yüksək dövlət mükafatları adına layiq görülmüş pedaqoji kadrları və yüksək peşəkar qabiliyyətli ixtisasçı əməkdaşları müxtəlif bəhanələrlə öz işlərindən, kafedra müdirliyi və fakültə dekanlığından uzaqlaşdıraraq qeyri-peşəkar yaxınları ilə əvəz etmişdir. Kadrların seçilməsinə dair özünün özünəməxsus “qaydaları” vardır ki, bu qaydalar Dövlət qanunlarından, Prezident Administrasiyası yanında Ali Attestassiya Komissiyasının qərarlarından kəskin fərqli tutulmuş, analoqu olmayan qanunsuzluqlar tətbiq olunmuşdur. Çox vaxt seçkilər zamanı elmlər doktoru, professor adlarına məhəl qoyulmamış, hətta bu elmi adlar və elmi vəzifələr magistr adları ilə eyniləşdirilmişdir. Bütün bunların acı nəticəsi olaraq yüzlərlə əməkdaş öz işini itirməli olmuş, insult və infarkt nəticəsində onlarla əməkdaşlar öz həyatını itirmişdir.
         Məsələn, haqsız olaraq ixtisara düşmüş “Botanika” kafedrasının baş laborantı Arzu Əliyev bu məlumatı eşitdikdə rektorun qəbul otağının qarşısında infarktdan vəfat etmişdir. BDU-nu qırmızı diplomla bitirmiş “Fizikanın tədrisi metodikası” kafedrasının baş laborantı Nurlana Hüseynova ixtisara düşməsi məlumatını aldıqdan bir neçə həftə sonra infarkt olaraq dünyasını dəyişmişdir. Eyni qayda ilə kitabxana işçisi olan İradə xanım ixtisara düşdüyündən   sonra dözə bilməyib infarkt alaraq vəfat etmişdir. Fizika fakültəsinin “Ümumi fizika” kafedrasının dosenti İltifat Dadaşovun müsabiqədə iştirakına icazə verilməmiş və ona bildirilmişdir ki, rektorun müqaviləsi ilə istədiyin vaxta kimi işlə təmin olunacaqsan. Lakin dərs yükü bölünərkən rektorun ona verdiyi sözün yalan olduğunu və özünün aldadıldığını bildikdən sonra dözə bilməyərək dünyasını dəyişmişdir.
          Belə faktları davam etdirmək də olardı. Bəs budurmu rektorun “humanizmi”, onun əməkdaşlara “qayğısı və diqqəti”?
         C.Cəfərovdan Təhsil Nazirliyinə, Prezident Apparatına və digər yuxarı təşkilatlara yazılan şikayət  məktublarına və ərizələrinə utanmadan yalan cavab verir. Yuxarı təşkilatlara yazılan şikayət ərizələrinin bir cavabı vardır: “Ərizəniz baxılmaq üşün Təhsil Nazirliyinə göndərilmişdir”. Cavab isə yoxdur, quyuya düşmüşdür.
                   İnanmaq istəyirik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun hazırda davam edən  ƏDALƏTSİZ  hərəkətlərinin qarşısını almaq üçün təcili olaraq Dövlət səviyyəsində qəti tədbirlər görüləcək və kütləvi şəkildə hüquqları pozulan Universitet əməkdaşlarının hüquqlarının bərpası üçün təcili əməli tədbirlər görülərək, rektor C.Cəfərovun özbaşınlığına son qoyulacaqdır.
         Yuxarıda göstərilənləri öz imzalarımızla təsdiq edirik.
     Azərbaycan Dövlət Pedaqoji Universitetinin sabiq əməkdaşları:
 1.Murquzov Mirzəli İsmayıl oğlu, “Şöhrət” ordenli əməkdar müəllim, professor,
2.Əliyeva Nərminə Əli qızı, Fizika-riyaziyyat elmləri namizədi,
3.Məmmədova Rəna Feyzulla qızı, Fəlsəfə elmləri doktoru, dosent
4.Əliyeva Arzu Əsəddin qızı, baş laborant
5. Hüseynova Südabə Ələsgər qızı, Laboratoriya müdiri,
6. Vəlimedova Olqa Viktorovna, Fəlsəfə elmləri doktoru, dosent,
7. Abbasova Mətanət Xosrov qızı, Fransız dili müəlliməsi,
8. Əhmədov Ramin Muxtar oğlu, Filologiya elmləri doktoru,
9. Rəhimova Nurlana Məqafil qızı, laborant,
10. Osmanov Vahid Yolçu oğlu, laboratoriya müdiri,
11. Hüseynov Vidadi Fərzəli oğlu, Böyük dispetçer,
12. Əliyeva Şükufə Balaca qızı, Mətbəə işçisi,
13. Əbilova Arzu Zakir qızı, Baş laborant,
14. Şəfiyeva Elmira Məmmədəli qızı, Laboratoriya müdiri,
15. Əliyeva Qəmər Allahverdi qızı, laborant
Yazını hazırladı; Əliyeva Arzu ADPU-nun sabiq baş labarantı

Mənbə: Detektiv Lyuks