Fizuli Məmmədov Qarabağ Qazilərinə möhtəşəm İftar süfrəsi təşkil edib. VIDEO

- Gündəm / Dünya / Alfa Tv / Cəmiyyət
81
0

Rusiya azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın sədri Fizuli Məmmədov Qarabağ Qazilərinə İftar Süfrəsi təşkil emişdir.


Qeyd edək ki, Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən F.Məmmədov, 1989-cu ildən “İnterserver” şirkətinin prezidenti vəzifəsində çalışır.
Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürmüşdür. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub. Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir.
Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir.

Füzuli Məmmədov, 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın əsasını qoymuşdur. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporasının əsasını təşkil etdi və bu ölkədə azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı yarandı. 2005-ci ildə, “Beynəlxalq İctimai Birliklər İttifaqı”, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nu yaratmış, “Avropa Azərbaycanlıları Konqresi”nin birinci vitse-prezidenti seçilmişdir.
F.Məmmədov tez-tez xarici mətbuatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr yazır. İtaliyanın italianinsider.it saytında 2017-ci il iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva məsələsini gündəmə gətirib.



Füzuli Məmmədov, 2017-ci ilin, may ayında, Heydər Əliyevin doğum gününün 94-cü il dönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlamışdır. 2018-ci iin, yanvar ayında isə, kapitan Hikmət Məmmədov, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə ev verilmişdir.





Mənbə: Detektiv Lyuks