Qara Yanvar

- Gündəm / Ölkə / Redaktor Seçimi
81
0


Ümumi itkilər
Komandan(lar)
Münaqişə tərəfləri
Picto infobox conflict.png
Qara Yanvar
Martyrs' Lane 5.jpg
1992-ci il yanvarın 20-də Bakıda Şəhidlər Xiyabanı
Tarix19-20 yanvar 1990-cı il
YeriBakıAzərbaycan SSR
Nəticəsi131-170 nəfər mülki şəxs
AHC logo.jpg Azərbaycan Xalq CəbhəsiRed Army flag.svg Zaqafqaziya hərbi dairəsi
Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR
Flag of Azerbaijan.svg Əbülfəz ElçibəyFlag of the Soviet Union.svg Mixail Qorbaçov 
Flag of the Soviet Union.svg Vladimir Kryuçkov 
Flag of the Soviet Union.svg Viktor Karpuxin 
Flag of the Soviet Union.svg Vladimir Lyaşenko 
Flag of the Soviet Union.svg Aleksandr Lebed
131-170 nəfər ölü 
700-800 nəfər yaralı

VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar
Qara YanvarQanlı Yanvar və ya sadəcə 20 Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakışəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.


Mənbə: Detektiv Lyuks