Bir neçə günə müharibə başlayacaq – Rusiyadan SENSASİON İDDİA

- Dünya
68
0

Ukrayna Silahlı Qüvvələrinin Donbasda hərəkətləri "boz zona"nın nəzarət altına alınması, Ukraynanın "sürünən ilhaq"ın davamı və Minsk razılaşmalarının kobud pozuntusudur. detektivinfo.com Sonxeber.az-a istinadla xəbər verir ki, bu haqda "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib. "Kiyev faktiki olaraq, birtərəfli qaydada üzərində götürdüyü bütün öhdəliklərin icrasından imtina etdi. Belə hərəkətlərin arxasında yeni təcavüzün olmasını istisna etmək olmaz. Ola bilər ki, bu, yeni il bayramlarında olsun", - Korotçenko deyib. Onun sözlərinə görə, Ukraynadakı indiki hakimiyyət genişmiqyaslı silahlı hərəkətlərə istənilən vaxt təşəbbüs edə bilər.
Daha əvvəl "Pryamoy" telekanalın efirində Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov deyib ki, Ukraynanın Silahlı Qüvvələri Donbasda bütün "boz zona"nı nəzarət altına alıb. "Sputnik" radiosunun efirində politoloq Anton Bredix bu bəyanat belə şərh edib ki, Kiyev radikal hərəkətlərə hazırlaşır. Qeyd edək ki, "boz zona" Donbasda Donetsk və Luqanskdakı separatçı rejimlərin gücləri ilə Ukraynanın Silahlı Qüvvələrini ayırır. Onun sərhədləri Minsk razılaşmaları ilə müəyyən edilib.


Mənbə: Detektiv Lyuks