Məmurlar artıq özgə ata-baba yurdlarına göz tikiblər... VİDEO

Azərbaycan məmurları özgə ata-baba yurlarına göz tikiblər
Redaksiyamıza daxil olan şikayət ərizəsinə əsasən Hacıyev Ruhan Məmməd oğlu bildirir ki, hüquq mühafizə orqanlarında vətəndaş şikayətlərinin baxımsız qalması, ötür-ötür oyunlarının alətinə çevrilməsidir. Belə ki, Hacıyev Ruhan Məmməd oğlu ata-babadan qalma 60 ədəd ağac əkib, bağ saldığı sahəni əkib, polisin himayəsində fəaliyyət göstərən bağını, tikililərini özbaşına məhv edən Əliyev Nəriman Qulu oğlunun öhdəsindən polisin gələ bilmədiyini yaxud da gəlmək istəmədiyini bildirmişdir. O, bu barədə Sabunçu RPİ-i 15-ci polis bölməsinin rəisinə, Sabunçu Rayon Prokuroru Ceyhun Şirinova, Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidova ərizə ilə müraciət edib və ərizələr 15-ci polis bölməsinin sahə rəisi polis kapitanı Habil adlı şəxsin icrasına verilmişdir. Habil adlı şəxsin dələduzluq əməli törədən Əliyev Nəriman Qulu oğlu ilə dırnaqarası dostluq münasibəti olduğu isə hamıya bəllidir. Fikrimizcə burdan məsələnin niyə həllini tapmadığı artıq sual altında qalmır.     
  Araşdırmalar davam edir..


Mənbə: Detektiv Lyuks